«Keşlə» - «Qəbələ» oyununun vaxtı müəyyənləşdi
Xəbərlər / 17 Oktyabr 2021 | 16:43157
«Keşlə» - «Qəbələ» oyununun vaxtı müəyyənləşdi

Azərbaycan Premyer Liqasında VIII turun oyun cədvəli açıqlanıb. II dövrənin ilk matçları üç gün ərzində keçiriləcək. “Qəbələ”nin “Keşlə” ilə səfər qarşılaşması turun ikinci gününə təsadüf edəcək. Oktyabrın 24-dəki görüş Bakıdakı “ASK Arena”da keçiriləcək. Oyun saat 16:00-da başlayacaq.

Xatırladaq ki, qarşılaşma “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq. 

 

Azərbaycan Premyer Liqası

II dövrə, VIII tur

24 oktyabr (bazar)

16:00. “Keşlə” – “Qəbələ”

“ASK Arena”