Kokauri Avropa kubokunun qalibidir
Cüdo / 16 İyul 2018 | 01:431136
Kokauri Avropa kubokunun qalibidir

Almaniyanın Saarbrükken şəhərində keçirilən cüdo üzrə Avropa kubokuna yekun vurulub. Yarışın ikinci günündə “Qəbələ” İdman Klubunun Azərbaycan milli komandasındakı daha bir təmsilçisi fəxri kürsüyə qalxıb. +100 kq çəki dərəcəsində bütün rəqiblərini məğlub edən Uşangi Kokauri Avropa kubokunun qalibi olub. İdmançımız öncə almaniyalı Andre Brettbart və kanadalı Mark Deşenesə qalib gəlib. Yarımfinalda rusiyalı Aslan Cioyevi məğlub edən cüdoçumuz həlledici qarşılaşmada yığmadakı komanda yoldaşı Şahin Qəhrəmanovu məğlub edib.

Xatırladaq ki, yarışın ilk günündə 60 kq çəki dərəcəsində mübarizə aparan Vüqar Şirinli və Kəramət Hüseynov bürünc medal qazanmışdı.