Kokauri Qran-Pridə 5-ci oldu
Cüdo / 26 Yanvar 2019 | 23:341057
Kokauri Qran-Pridə 5-ci oldu

“Qəbələ” İdman Klubunun və Azərbaycan milli komandasının cüdoçusu Uşanqi Kokauri İsraildə keçirilən Təl-Əviv Qran-Prisində iştirak edib. Təmsilçimiz yarışın üçüncü günündə tatami üzərinə çıxıb. +100 kq çəki dərəcəsində qüvvəsini sınayan cüdoçumuz yarışa ardıcıl qələbələrlə başlayıb. Öncə rumıniyalı Daniel Natea, ardınca belaruslu Aleksandr Vaxnavyakı məğlub edən Kokauri yarımfinala yüksəlib. Finala vəsiqə uğrunda qarşılaşmada onun rəqibi fransalı Or Sasson olub. Məğlubiyyətlə üzləşən cüdoçumuz bürünc medal uğrunda qarşılaşmaya çıxıb. Rusiyalı Anton Krivobokova uduzan təmsilçimiz turniri 5-ci yerdə başa vurub.