“Qəbələ” İdman Klubunun cüdoçusu Uşangi Kokauri növbəti mükafatını qazanıb. İdmançımız Fransanın paytaxtı Parisdə təşkil olunan “Böyük dəbilqə” turnirində fərqlənib. +100 kq çəki dərəcəsində çıxış edən cüdoçumuz 5 görüş keçirib. Öncə çinli Yinqju Yin, ardınca gürcüstanlı Georgi Zakariadzeni məğlub edən Kokauri 1/4 finala adlayıb. Bu mərhələdə yaponiyalı Hisayoşi Harasavaya uduzan cüdoçumuz təsəlliverici qarşılaşmada qüvvəsini sınamalı olub. Almaniyalı Sven Heynleyə qalib gələn Kokauri 3-cü yer uğrunda görüşdə israilli Or Sassonla qarşılaşıb. Yarışda 4-cü qələbəsini qazanan Kokauri bürünc medala yiyələnib.