Qazaxıstanın Almatı şəhərində keçirilən Qran-Pri yarışı başa çatıb. Azərbaycan milli komandasının və “Qəbələ” İdman Klubunun cüdoçusu Uşanqi Kokauri turnirdə uğurla çıxış edib. +100 kq çəki dərəcəsində qüvvəsini sınayan təmsilçimiz gümüş medal qazanıb. 1/16 finaldan mübarizəyə başlayan Kokauri əvvəl Yuri Krakovetski (Qırğızıstan), ardınca Kristofer Şerrinqton (Böyük Britaniya) və Faysel Jaballahı (Tunis) məğlub edib. Yarımfinalda İslam əl-Şəvabi (Misir) ilə üz-üzə gələn cüdoçumuz finalın 1 addımlığında da qələbə qazanıb. Həlledici görüşdə Gürcüstan təmsilçisi Adam Okruaşvili ilə qarşılaşan idmançımız tatamini məğlub tərk edib və gümüş medala yiyələnib.