«Komanda daim hücumda olmağa çalışırdı»
Xəbərlər / 14 Mart 2022 | 13:30159
«Komanda daim hücumda olmağa çalışırdı»

Azərbaycan Premyer Liqasının XIX turunun “Qəbələ” – “Zirə” oyunundan (0:0) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Elmar Baxşıyevin mətbuat konfransı keçirilib. Sizi 42 yaşlı mütəxəssisin fikirləri ilə tanış edirik:

“Matçın əhəmiyyətini və bizi ağır oyun gözlədiyini bilirdik. Ümumi götürəndə komandanın çıxışından razı qaldım. İstədiklərimi meydanda gördüm. Komanda daim hücumda olmağa çalışırdı. Çoxsaylı qol imkanları yaratdıq, lakin dəyərləndirə bilmədik. Bir xal da hər iki komandanı razı sala bilər. Komandaların iki gün oynamasına baxmayaraq, matç dinamik keçdi. Bu dinamika gələcəyi ümidlə baxmağa imkan yaradır”.