Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyunları çərçivəsində keçirilən “Sumqayıt” – “Qəbələ” matçından (0:1) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Elmar Baxşıyevin mətbuat konfransı keçirilib. Sizi 42 yaşlı mütəxəssisin fikirləri ilə tanış edirik:
“Uzun müddət idi rəsmi oyuna çıxmırdıq. Matçın çətin keçəcəyini öncədən də bilirdik. Düşündüyümüz o idi ki, komandamız daim topa nəzarət etsin. Dinamik qarşılaşma alındı. Komandamız əlindən gələnin ən yaxşısını etməyə çalışırdı. Ümumi götürəndə cütün taleyi bitməyib. Qarşıdakı görüş daha ağır olacaq.
Bugünkü oyunda komanda gözlədiyimizdən daha artığını verdi. Qarşıdakı matçlarda daha məzmunlu oyun göstərəcək. Ümumi yorğunluğun olması normaldır. Rəqib də təzyiq göstərirdi. Hesabda öndə idik. Bu da müdafiədə oynamağa məcbur edirdi. Düşünürəm ki, yeni futbolçumuz Patrik də optimal forma yığandan sonra hücumda daha keyfiyyətli olacağıq”.