«Komanda qələbəyə köklənib»
Xəbərlər / 8 İyul 2015 | 17:53192
«Komanda qələbəyə köklənib»

Avropa Liqasının I təsnifat mərhələsinin “Qəbələ” - “Dinamo” (Tiflis, Gürcüstan) oyunundan əvvəl “qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçukun iştirakı ilə mətbuat konfransı keçirilib. Ukraynalı mütəxəssisin sabahkı oyun haqda fikirlərini sizlərlə bölüşürük:
“Səfərdə keçirdiyimiz ilk qarşılaşmanı təhlil etmişik. Həmin matçdakı çatışmazlıqları müəyyənləşdirib, aradan qaldırmışıq. İlk oyunla müqayisədə müəyyən dəyişikliklər edəcəyik. Lakin start “11-liy”ini hələ də tam müəyyənləşdirməmişəm. Bununla bağlı son qərarımı sabah verəcəyəm. Bütün komanda qələbəyə köklənib. Təbii ki, erkən qolun vurulması yaxşıdı. Bu, komandada özünəinam yaradır. Amma həlledici deyil. İlk oyunla müqayisədə daha yaxşı oyun göstərib, nəticə əldə etməliyik. Komandanın öz oyununu tam göstərməsi üçün müəyyən zamana ehtiyac var. Bəzi yeni oyunçular komandaya tam uyğunlaşmalıdı. Bu üzdən də bizim ilk oyunun Qəbələdə keçirilməsi daha yaxşı olardı. Həmişə böyük hesabla qalib gəlmək istəyirik. Bunun alınıb-alınmamasını isə oyun göstərəcək”.