«Komanda sonadək xarakterindən dönmədi»
Xəbərlər / 27 May 2023 | 20:472234
«Komanda sonadək xarakterindən dönmədi»

Misli Premyer Liqasının XXXVI turunun “Qəbələ” – “Kəpəz” oyunundan (1:1) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Elmar Baxşıyevin mətbuat konfransı keçirilib. Sizi 43 yaşlı mütəxəssisin fikirləri ilə tanış edirik:

“Komandamı təbrik edirəm. İlk oyundan son tura qədər öz iddiasından əl çəkmədi. Enişli dövrümüz də oldu. Amma inanırdıq ki, sonadək mübarizə aparacağıq. Düşünürəm ki, vəsiqəni layiqli qazandıq. Heç kəs səhvdən sığortalanmayıb. Biz də səhv edirik, bu üzdən dəfələrlə uduzduğumuz oyunlar olub. Həm rəhbərlik, həm biz, həm futbolçularda inam var idi ki, hədəfə çatacağıq.  Bu matçda itirsəydik də, komandamız iddiasından kubokda da əl çəkməyəcək. Bizi öz oyunumuz düşünürdük və buna köklənmişdik. Futbolçuları da başa düşmək lazımdır. Həm stress, həm yükləmə baxımından onladan kreativliyi gözləmək olmaz. Komanda sonadək xarakterindən dönmədi. Qazandığımız hər xal önəmli idi. Qış fasiləsindən sonra çox sayda geridönüş etdik. Bu da xarakterin olduğunu göstərir. Sevindiricidir ki, ardıcıl iki mövsümdür hədəfə çatırıq. Bu komandanın daha güclü olmasını istəyirəm. Rəhbərliklə görüşdə daha da inkişaf etmək məsələsini qaldıracağıq. İstəyirəm ki, finalda da iddiadan əl çəkməyək və dominant futbol oynayaq”.