“Komanda xarakter göstərdi”
Xəbərlər / 22 Dekabr 2023 | 20:152055
“Komanda xarakter göstərdi”

Misli Premyer Liqasının XVIII turunun “Qəbələ” – “Sabah” oyunundan (1:0) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Elmar Baxşıyevin mətbuat konfransı keçirilib. Sizi 43 yaşlı mütəxəssisin fikirləri ilə tanış edirik:

 

“Maraqlı oyun alındı. Hər iki komanda meydanda yaxşı mübarizə apardı. Oyunun dinamikası yaxşı idi. Tərəflərin hər ikisi sürətli oyuna üstünlük verdi. Komandamı təbrik edirəm. Qələbə bizim üçün önəmli idi. Amma daha da artırmalıyıq ki, sonuncu pillədən qurtulaq. İli qələbə ilə başa vurmağımız sevindiricidir. Komanda xarakter göstərdi. Ümid edirik ki, III dövrədə daha yaxşı olacağıq. Ötən mövsümdən sonra 10 futbolçu bizdən ayrıldı. Həmin heyət üç ilə formalaşmışdı. İndiki komandamız yenidir. Sabitlik çatmır, amma komanda meydanda daha sanballı olmağa çalışır. Bəzi mövqeləri gücləndirə bilsək, daha iddialı olarıq. Fasilə ilə bağlı planımız Türkiyəyə getmək idi. Amma düşündük və Qəbələdə qalmağa qərar verdik. III dövrəyə hazırlığımızı burada davam etdirəcəyik”.