Topaz Premyer Liqasının XII turunun “Qəbələ” – “İnter” oyunundan (1:1) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçukun mətbuat konfransı keçirilib. Ukraynalı mütəxəssisin fikirlərini sizlərlə bölüşürük:
“Uzun müddətdir olan qələbəsizlik seriyasını ayrı-ayrı araşdırmaq lazımdır. Biz bundan öncəki oyunlarda demişdik ki, hücumun sonlarını gətirə bilmirik. “Borussiya”ya məğlubiyyət isə bu qəbildən deyil. Bu gün biz “İnter”dən tam üstün oynamadıq. Yaxşı rəqibə qarşı oynadıq, güclü kollektivi, yaxşı baş məşqçisi olan rəqiblə mübarizə apardıq. Sözsüz, xal itirmək xoş deyil. Bizim komandada aqressivlik çatmadı”.