“Komandada böyük potensial gördüm”
Xəbərlər / 14 Avqust 2026 | 23:0538
“Komandada böyük potensial gördüm”

Misli Premyer Liqasının I turunun “Turan Tovuz” – “Qəbələ” oyunundan (1:0) sonra komandamızın baş məşqçisi Kaxaber Tsxadadzenin mətbuat konfransı keçirilib. Təcrübəli mütəxəssis qarşılaşma barədə fikirlərini bildirib:

 

“Yeni mövsümün başlaması münasibəti ilə hamını təbrik edirəm. Eyni zamanda avrokuboklarda növbəti mərhələyə yüksələn  “Sabah” və “Qarabağ”a uğurlar arzu edirəm. Yaxşı, maraqlı oyun oldu. Görüş bərabər mübarizə şəraitində keçdi. Birinci hissədə bir səhv etdik və rəqib fərqləndi. Bundan başqa, “Turan Tovuz”un ciddi qol epizodları olmadı.

  

İkinci hissədə rəqibi sıxdıq, təhlükəli vəziyyətlər yaratdıq. Son ötürmələrdə və zərbələrdə soyuqqanlılıq çatmadı.  Bu heyətlə ilk oyuna çıxırdıq. Buna baxmayaraq, komandada böyük potensial gördüm. Bir qədər də artırıb növbəti oyunlarda uğurlu nəticələr əldə etməyə çalışacağıq.

  

Uzaq məsafə qət edib Tovuza gələn azarkeşlərimizə təşəkkür edirəm. Ötən mövsüm də çətin vəziyyətdə olarkən sonadək komandaya dəstək oldular”.