«Komandalar bir-birinə güzəştə getmədilər»
Xəbərlər / 10 Noyabr 2013 | 16:13201
Premyer Liqanın XIII turu çərçivəsində baş tutan "Xəzər-Lənkəran"-"Qəbələ" (0:0) matçından sonra "qırmızı-qaralar"ın baş məşqçisi Yuri Syomin oyun barədə düşüncələrini açıqlayıb. Rusiyalı mütəxəssisin fikirlərini sizlərlə bölüşürük: "Belə hava şəraitində çətin oyun oldu. Hesab edirəm ki, hər iki komanda bacardığı qədər mübarizə apardı. Güc üzərində qurulmuş bir matç alındı. Komandalar bir-birinə güzəştə getmədilər. Sonadək mübarizə apardıq. İki futbolçumuz ciddi zədə aldı. Nəticəni qənaətbəxş saymaq olar. Ebesilio oyuna qızdırmalı girmişdi. Sadiq Quliyev gənc olmasına baxmayaraq, özünü yaxşı tərəfdən göstərər bildi. Oyun sonlarında risk etdik. Qələbə qazanmaq istəyirdik. Meydançanın vəziyyəti normal oyun üçün əlverişsiz idi. Bu sadəcə iki komandanın döyüşü idi".