«Komandam ikinci hissədə xarakter göstərdi»
Xəbərlər / 24 Oktyabr 2014 | 15:18198
«Komandam ikinci hissədə xarakter göstərdi»

Premyer Liqanın IX turu çərçivəsində baş tutan “Qəbələ” – “Sumqayıt” (3:1) matçından sonra "qırmızı-qaralar"ın baş məşqçisi Dorinel Muntyanu oyun barədə düşüncələrini açıqlayıb. Rumıniyalı mütəxəssisin fikirlərini sizlərlə bölüşürük: 

“Bilirdik ki, oyun çətin keçəcək. Çünki “Sumqayıt” qısa bir zamanda liderliyə yüksəlmişdi. Düşünürəm ki, ilk hissədə “Sumqayıt”ın bir şansı oldu və bundan yararlandı. İki fərqli hissə izlədik. Komandam ikinci hissədə xarakter göstərdi və qələbə qazandı. Mən komandamı qələbə münasibəti ilə təbrik etmişəm. Ekiqo bu gün yaxşı oynadı. Ehtiyatda oturan futbolçu meydançaya çıxdıqdan sonra məhz belə oynamalı idi. Qol ötürməsi verdi, qol vurdu. Oyuna fəal qoşuldu, hərəkətlilik yaratdı”.