Misli Premyer Liqasının V turunun “Zirə” - “Qəbələ” oyunundan (2:1) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Elmar Baxşıyevin mətbuat konfransı keçirilib. Sizi 42 yaşlı mütəxəssisin fikirləri ilə tanış edirik:
“Mövsümdə ən yaxşı oyunumuzu keçirdik. Daim düşünülmüş şəkildə hücumda olmaq istəyirik. Bunu meydanda görə bildim. Komandama belə oyuna görə təşəkkür edirəm. Qələbəyə daha çox layiq idik. Futbolun özəlliyi də ondan ibarətdir ki, həmişə güclü qalib gəlmir. “Zirə” yaxşı komandadır. Onları təbrik edirəm. Öz komandama inanıram. İddiamızdan əl çəkməyəcəyik. Daha da iddialı olacağıq. O qədər epizodu dəyərləndirmirsənsə, rəqibə şans verirsən. Rəqib də demək olar 2-3 hücumdan ikisini dəyərləndirdi. Ruhdan düşməyəcəyik. Komandam sağlamdır, möhkəmdir və daha artığını etməyi bacaracaq”.