«Komandamın hər bir oyunçusuna inamım var»
Xəbərlər / 31 Avqust 2014 | 07:26232
«Komandamın hər bir oyunçusuna inamım var»

Premyer Liqanın IV turu çərçivəsində baş tutan "Qəbələ" - AZAL (1:2) matçından sonra "qırmızı-qaralar"ın baş məşqçisi Dorinel Muntyanu oyun barədə düşüncələrini açıqlayıb. Rumıniyalı mütəxəssisin fikirlərini sizlərlə bölüşürük:

“Bu nəticə məni çox məyus etdi. Komandamız başdan sonadək oyuna nəzarət etsə də, iki gözlənilməz qol buraxdıq. Hər iki hissədə çoxlu qol epizodları yaratsaq da, topu qapıdan keçirmək üçün son vuruşu edə bilmirdik. AZAL yaxşı müdafiə olunurdu, onları qələbə ilə ancaq təbrik edə bilərəm. Komanda olaraq bu məğlubiyyəti unudub qarşıdakı oyunlara hazırlaşmalıyıq. Təəssüf ki, Kristea bu gün yaxşı çıxış etmədi, ona görə də əvəzləndi. Lakin 4 turdan sonra bu oyunçunu hesabdan silmək düzgün deyil. Komandamın hər bir oyunçusuna inamım var”.