Topaz Premyer Liqasının I turunun “Qəbələ” – “Qarabağ” oyunundan sonra “qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçuk oyun haqda fikirlərini açıqlayıb. Ukraynalı mütəxəssisin fikirlərini sizlərlə bölüşürük:
“Bu gün meydanda yaxşı futbol izlədim. Düzdü, yüksək tempdə futbol olduğunu deyə bilmərəm. Lakin nəzərə almalıyıq ki, hər iki komanda avrokuboklarda mübarizəni davam etdirir. Çünki bu səviyyəli oyunlarda nə qədər güc və emosiyanın istifadə olunduğu məlumdur. Futbolçularımdan razı qaldım. Onlarla fəxr edirəm. Komandamız bu gün xarakter göstərdi. Onlar həm hərəkətli idilər, həm də hesabda geri olmalarına baxmayaraq, heç-heçəyə nail oldular. Sıx qrafiklə oynadığımızdan gücümüzü də bərabər bölməliyik”.