Misli Premyer Liqasının XXVIII turunun “Sabah” – “Qəbələ” oyunundan (3:2) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Elmar Baxşıyevin mətbuat konfransı keçirilib. Sizi 43 yaşlı mütəxəssisin fikirləri ilə tanış edirik:
“Yaxşı, maraqlı və dinamik oyuna şahidlik etdik. Hər iki komanda meydanda açıq futbol nümayiş etdirirdi. Komandamız layiqli mübarizə apardı və qələbə üçün hər şey etdi. Bir neçə epizodda rəqibin təzyiqindən sonra müdafiədə boşluqlar yarandı və qələbəni əldən verdik. Bu matçı udmaq və “Zirə”ni keçmək anlayışı yox idi. Sadəcə qalib gəlmək istəyirdik. Komandama inanıram, sonadək mübarizədən qopmayacağıq. Hakimlikdən çox danışmayacam. Amma əvəzetməni daha tez gerçəkləşdirmək olardı. “Qəbələ” 90 dəqiqə ritmi saxlayan komandadır. Təəssüf ki, millidə bizdən oyunçu meydana çıxmadı. Düşünürəm ki, fiziki durumla bağlı problem yoxdur. Yığmanın buraxdığı toplar fərdi səhvlərdən idi”.