«Komandamız layiqli qələbə qazandı»  
Xəbərlər / 10 Dekabr 2021 | 19:46241
«Komandamız layiqli qələbə qazandı»  

Azərbaycan kubokunun 1/8 final mərhələsinin MOİK – “Qəbələ” oyunundan (1:2) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Elmar Baxşıyevin mətbuat konfransı keçirilib. Sizi 41 yaşlı mütəxəssisin fikirləri ilə tanış edirik: 

"Düşündüyümüzdən də ağır oyun alındı. Çalışdıq ki, “Zirə” ilə matçdan sonra heyətdə bir az rotasiya edək və az oynayan futbolçulara şans verək. Düşünürəm ki, ümumi götürəndə I divizion komandaları ilə fərq hiss olunmur. Oyun da bunu göstərdi. Ümumilikdə komandamız ikinci hissədə daha məzmunlu, daha dinamik çıxış etməyə çalışdı və layiqli qələbə qazandı".