“Komandanın mübarizəsi məni qane etdi”
Xəbərlər / 4 Fevral 2024 | 21:191444
“Komandanın mübarizəsi məni qane etdi”

Misli Premyer Liqasının XXI turunun “Qəbələ” – “Zirə” oyunundan (1:1) sonra “qırmızı qaralar”ın baş məşqçisi Elmar Baxşıyevin mətbuat konfransı keçirilib. Sizi 44 yaşlı mütəxəssisin fikirləri ilə tanış edirik:

 

“Maraqlı oyuna şahidlik etdik. Hər iki komanda yaxşı mübarizə apardı. Heyətlə bağlı sıxıntı yaşayırdıq. Amma meydana çıxan oyunçular onları layiqincə əvəz etməyi bacardı. Komandanın performansından razı qaldım. Daha da artırmalıyıq ki, sonuncu pillədən qurtulaq”.

 

Təcrübəli mütəxəssis komandadakı itkilər barədə də danışıb: “Müəyyən rotasiyalara getməyə məcbur idik. Boşluqları doldura bildik. Nəticədən əlavə komandanın mübarizəsi məni qane etdi. Ülvi komandanın aparıcı oyunçularından biridir. Ondan hər an belə qollar gözləyirik. Klesio Baukun oyuna çıxmağı riskli idi. Sağ olsun, komandaya fayda verməyə çalışdı. Zədəsi ciddi deyil. Özünü qorumaq üçün oyundan çıxmaq istədi”.