«Kubok yarışı iki matçdan ibarət olduğu üçün...»
Xəbərlər / 12 Mart 2014 | 18:18216
«Kubok yarışı iki matçdan ibarət olduğu üçün...»

Azərbaycan Kubokunun 1/4 final mərhələsi çərçivəsində baş tutan ilk oyundan - "Qəbələ"-"Qarabağ" (0:0) matçından sonra "qırmızı-qaralar"ın baş məşqçisi Yuri Syomin qarşılaşma barədə düşüncələrini açıqlayıb. Rusiyalı mütəxəssisin fikirlərini sizlərlə bölüşürük:
"Azərbaycan futbolunun iki liderinə - "Neftçi" və "Qarabağ"a qarşı ardıcıl oyun keçirmək həm fiziki, həm də psixolji baxımdan çətindi. Kubok yarışı 2 matçdan ibarət olduğu üçün düşünürəm ki, bu, pis nəticə olmadı. Komanda tez-tez oyun keçirməsinə baxmayaraq,  futbolçular intizamlı oyun göstərdi. Ehtiyatdan meydançaya daxil olmuş oyunçulardan razı qalmadım. Onlar bacardıqlarından aşağı səviyyədə çıxış etdilər".