Kubokda 195 iddialı
Xəbərlər / 14 May 2020 | 10:03228
Kubokda 195 iddialı

Azərbaycan kubokunda mübarizəni davam etdirən “Qəbələ” koronavirus pandemiyası ilə bağlı fasilə başa çatdıqdan sonra yarımfinal sınağına çıxacaq. Bu turnirdə 15-ci mövsümünü keçirən “qırmızı-qaralar”ın 195 üzvü kubok qazanmaq iddiası ilə meydana çıxıb. Onlar arasında mütləq rekord Urfan Abbasova məxsusdur. O, 28 kubok matçının iştirakçısıdır. Vojislav Stankoviç də 20-dən çox oyun keçirməyi bacarıb. Onun aktivində 21 görüş var. İlk “üçlüy”ü Cavid Hüseynov qapayır – 19 oyun.

 

 “Qəbələ”nin heyətində ən çox kubok matçı keçirən futbolçular

1. Urfan Abbasov - 28

2. Vojislav Stankoviç - 21

3. Cavid Hüseynov - 19

4-5. Elvin Camalov - 18

 Samir Zərgərov - 18

6. Dmitri Bezotosnı - 17

7. Asif Məmmədov - 16

8. Dodo - 15

9. Azər Həşimov - 14

10-11. Viktor Mendi - 13

 Qismət Alıyev - 13

12-13. Rafael Santos - 12

 Turnike Aptsiauri - 12

14. Əli İsmayılov - 11

15-17. Filip Ozobiç - 10

 Rəhman Əzizov - 10

 Elnar Kərimov - 10