Kubokda finalın püşkü atıldı
Xəbərlər / 4 May 2023 | 13:192178
Kubokda finalın püşkü atıldı

Azərbaycan Kubokunun final matçının nominal meydan sahibini müəyyənləşdirmək üçün püşk atılıb. Mərasimdə Peşəkar Futbol Liqasını texniki-idman direktoru Elgiz Abbasov, “Neftçi” Futbol Klubunu baş menecer Qədir Həsənov, “Qəbələ” İdman Klubunu isə menecer Məhəmməd Əzizli təmsil edib. Püşkün nəticəsinə əsasən “Bakcell Arena”da keçiriləcək həlledici qarşılaşmanın nominal meydan sahibi “Neftçi” Futbol Klubu olub.

Xatırladaq ki, Azərbaycan Kubokunun final matçı iyun ayının 3-ü, saat 20.00-da start götürəcək.