Azərbaycan Premyer Liqasının V turunun “Sumqayıt” – “Qəbələ” oyunundan (0:0) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Elmar Baxşıyevin mətbuat konfransı keçirilib. Sizi 41 yaşlı mütəxəssisin fikirləri ilə tanış edirik:
“Sabah Vətən müharibəsinin anım günüdür. Şəhidlərimizə Allahdan rəhmət diləyirik. Qarşılaşmanın belə çətin keçəcəyini gözləyirdik. “Sumqayıt”ın təzyiq edəcəyini bilirdik. Əvvəlki görüşlərimizə baxsaq, dinamik oyuna şahid olarıq. Komandanı çətin oyuna hazırlamışdıq. Bilirdik ki, ötən matçdan sonra daha ağır olacaq. Bunu məşqçilər də, futbolçular da dərk edirdi. Heç bir eyforiya yox idi. Futbolçular istədiyimizi meydanda yerinə yetiməyə çalışırdı. Düşünürəm ki, layiqli bir xal qazandıq. Biz məşqçilər texniki zonada narazı olduğumuz üçün qışqırmırıq. Futbol emosiyalar oyunudur. Qapıçımız normal oynadı. Biz məşqlərdə də onun üzərində çalışırıq ki, Nicat Mehbalıyev hücumların başlanmasında iştirak etsin. Ona belə epizodları dəyərləndirməyi deyirdik”.