Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyunları çərçivəsində baş tutan “Qəbələ” - “Dinamo” (Tiflis, Gürcüstan) matçından (2:0) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçuk oyun barədə düşüncələrini açıqlayıb. Ukraynalı mütəxəssisin fikirlərini sizlərlə bölüşürük:
“Çox ağır oyun oldu. Lakin sonda qalib gəlib, mərhələ keçdiyimiz üçün çox şadam. Sevincimi sözlə ifadə etmək çətindir. Çünki çox vacib qələbə qazandıq. Bu matçda qalib gəlməyə borclu idik. Oyuna psixoloji cəhətdən düzgün yanaşmaq da çətin idi. Bu üzdən hər oyunçu ilə fərdi söhbət etmişdim. Nəticədə meydana çıxıb, daha yaxşı futbol nümayiş etdirdik. Daha güclü oynadığımızdan layiqli qələbə qazandıq. Komandamla fəxr edirəm”.