«Layiqli qələbə qazandıq»
Xəbərlər / 18 Fevral 2023 | 17:451715
«Layiqli qələbə qazandıq»

Misli Premyer Liqasının XXIII turunun “Qəbələ” – “Sumqayıt” oyunundan (2:1) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Elmar Baxşıyevin mətbuat konfransı keçirilib. Sizi 43 yaşlı mütəxəssisin fikirləri ilə tanış edirik: 

“Bizi ağır oyunun gözlədiyini bilirdik. “Sumqayıt” yaxşı komandadır. Qış fasiləsindən sonra nəticələri də yaxşılaşıb. Oyun planında da keyfiyyətli futbol nümayiş etdirirlər. Komandamızın çıxışından razıyam. Son qələbəmiz 6 tur əvvəl olsa da, əvvəlki matçlarda qalib gəlmək üçün nə isə çatmırdı. Komandama təşəkkür edirəm. Düşünürəm ki, layiqli qələbə qazandıq. Yaovi Akakponu ötən tur meydanda gördük. Tam hazır deyil. Bizim əsas heyət üzvüdür. Asif Məmmədov universal futbolçudur. Həm müdafiə, həm hücumda faydalı ola bilər. Məni sevindirən odur ki, komanda qol imkanları yaradır. Daha yaxşı ola bilərik. Dominant futbolun üzərində dayanacağıq”.