Liderdən üçüncü qələbə
Xəbərlər / 14 Sentyabr 2025 | 19:0014126
Liderdən üçüncü qələbə

“Qəbələ-2” – “Sumqayıt-2” – 1:0

14 sentyabr 2025. Saat 16:00. Qəbələ şəhər stadionu (ehtiyat meydança). 20 tamaşaçı

Baş hakim: Əli Əliyev

Baş hakimin köməkçiləri: Elman Kərimov, Qəzənfər Məmmədov

Dördüncü hakim: Niyaz Əhmədov

Hakim-inspektor: Ceyhun Haşımov

AFFA nümayəndəsi: Bəhram Qurbanov

Sarı vərəqələr: Aqşin Yaqubov, 59 (qeyri-idman hərəkəti); Nuğay Rəşidov, 79 (qeyri-idman

hərəkəti) // Əli Novruzov, 68 (qeyri-idman hərəkəti); Arif İsrafilbəyov, 72 (qeyri-idman hərəkəti)

Rəsmi şəxsə göstərilən sarı vərəqə: Vaqif Cavadov, 21 (hakimin qərarına etiraz)

Qol: Əjdər Hacılı, 70 (ö.q.)

Artırılan vaxt: I hissədə - 1 dəq; II hissədə - 3 dəq.

 

Əvəzedicilər liqasında IV tura start verilib.

 

“Qəbələ-2” öz meydanında “Sumqayıt-2”ni qəbul edib. Qarşılaşma Qəbələ şəhər stadionunun ehtiyat meydançasında baş tutub.

 

Matçın taleyini bir top həll edib. Qonaqların futbolçusu Əjdər Hacılının avtoqolu “qırmızı-qaralar”a 3 xal qazandırıb.

 

Liqanın lideri olan “Qəbələ-2” mövsümdə üçüncü qələbəsini əldə edib. Bununla da komandamız xallarının sayını 10-a çatdırıb.

 

Qeyd edək ki, “Qəbələ-2” V turda “Sabah-2”nin qonağı olacaq. Turun matçları sentyabrın 20-22-də keçiriləcək.

 

“Qəbələ-2”

94. Həbib Hüşənov

74. Süleyman Damadayev (k)

66. Nuğay Rəşidov

26. Elnur Mustafayev

17. Qədir Ramazanov

21. Ziya Şəkərxanov

55. Aqşin Yaqubov

(33. Nurlan Ağabəyov, 65)

91. Ceyhun Bağırzadə

88. Rəvan Əsədov

(34. Rüfət Bədəlzadə, 85)

20. Cuma Hüseynov

(24. Səmid Əhmədov, 46)

78. Ariz Kərimov

(80. Nazim Hüseynov, 46)

Ehtiyat oyunçular:

25. Nicat Kərimov

32. Hüseyn Abdullayev

87. Allahverdi Şirinov

Baş məşqçi: Famil Xəlilov

“Sumqayıt-2”

56. Aftandil Arixov

47. Hüseyn Xıdırov

66. Ruslan Əliyev (k)

27. Əjdər Hacılı

58. Əli Novruzov

35. Rəvan Məşiyev

(41. İlkin Məmmədov, 65)

57. Hüseyn Fərəcli

(63. Arif İsrafilbəyov, 52)

37. Nihad Orucəli

(68. Nicat Məmmədzadə, 77)

97. Vüsal Paşayev

70. Şükür Cəfərli

(49. Kamal Zülfiyev, 77)

87. Nurlan Zeynallı

(53. Elvin Salıfov, 77)

Ehtiyat oyunçular:

38. Orxan Abasov

84. Nüsrət Musayev

Baş məşqçi: Vaqif Cavadov