«Lill» üzərindəki qələbə ilə fəxr edə bilərik»
Xəbərlər / 4 Avqust 2016 | 20:20131
«Lill» üzərindəki qələbə ilə fəxr edə bilərik»

UEFA Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçirilən “Qəbələ” – “Lill” (Fransa) matçından (1:0) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçukun mətbuat konfransı keçirilib. Sizi ukraynalı mütəxəssisin fikirləri ilə tanış edirik:
“Bu matç xüsusi, vacib oyun idi. Qələbəni Cavid Hüseynova həsr edirik. Bu qarşılaşma zamanı stadionda çox gözəl atmosfer hiss etdim. Arenaya gəlib bizə dəstək olan azarkeşləri sevindirmək istəyirdik. Belə qələbələr həyatın boyu yadda qalır. 20 il sonra qarşılaşanda da bu matçı yada salacağıq. Həqiqətən də, çox xoşbəxtəm. Həm klubun, həm ölkənin futbol imici yüksəldi. Bu, böyük futbolda atılmış növbəti addımdır. Bu, çox vacib və qiymətli qələbə idi. “Lill” üzərindəki qələbə ilə fəxr edə bilərik. Ayrı-ayrılıqda hər futbolçunun oyunu xoşuma gəldi. Xüsusilə taktiki planda həddindən artıq yaxşı oynadıq. Ölkə çempionatına gəlincə, mənim fikrimcə legioner limiti faydasızdır. Bunun yığmalara da xeyri yoxdur. Hər şey təbii olmalıdır. Kim güclüdürsə, o da oynamalıdır. Seçim təbii aparılmalıdır”.