“Qəbələ” İdman Klubunun təşkilatçılığı ilə keçirilən ənənəvi “Liqa Qəbələ 6” turnirinə yekun vurulub. Yarışda həvəskar futbolçulardan ibarət 17 komanda qüvvəsini sınayıb. Qəbələ, İsmayıllı, Oğuz və Ağdaş təmsilçiləri əvvəl dairəvi sistemlə mübarizə aparıb. İlk 4 yerin sahibi 1/4 finala, daha 8 komanda pley-offa yüksəlib. Yarımfinalda "Sahil HFK" "CPC"ni 5:2, "Ağdaş" isə "Qəbələ"ni 3:2 hesabı ilə məğlub edib. Qəbələ şəhər stadionunda təşkil olunan turnirin final görüşündə Ağdaş təmsilçisi 8:3 hesabı ilə qalib gələrək “Qəbələ Liqa 6”nın qalibi olub. 3-cü yeri “Qəbələ”ni məğlub edən (3:3, pen. 4:2) “CPC” tutub. Final matçından sonra qaliblərin mükafatlandırılması mərasimi təşkil olunub. Çempiona kubok və mükafatlar təqdim edilib.