Liqalarda təxirəsalınma müddəti uzadıldı
Xəbərlər / 23 Mart 2020 | 20:37273
Liqalarda təxirəsalınma müddəti uzadıldı

“Qəbələ”nin aşağı yaş qrupları üzrə komandalarının mübarizə apardığı liqalarda təxirəsalınma müddəti uzadılıb. Bu barədə qərarı yarışların təşkilatçısı olan AFFA verib. Assosiasiyanın təşkilatçılığı ilə keçirilən U-9, U-10, U-11, U-12, U-13, U-14, U-15, U-16, U-17 və Gənclər liqalarının, U-11, U-13, U-16 və Yüksək qızlar liqalarının, "Coca-Cola Məktəbli kuboku"nun, həmçinin Region Liqası turnirinin oyunlarının təxirə salınması müddəti 2020-ci il aprelin 20-dək uzadılıb.