Lorenzo Sotomayor Avropa Oyunlarının 1/4 finalında
Xəbərlər / 21 İyun 2015 | 20:25218
Lorenzo Sotomayor Avropa Oyunlarının 1/4 finalında

“Qəbələ” İdman Klubunun və Azərbaycanın boksçusu Lorenzo Sotomayor Avropa Oyunlarının 1/4 finalına yüksəlib. 64 kq çəki dərəcəsində çıxış edən idmançımız ardıcıl 2-ci qələbəsini qazanıb. 1/16 final mərhələsində keçirdiyi ilk görüşündə slovakiyalı Edin Seydinoviçi 3:0 hesabı ilə məğlub edərək, mübarizədən kənarlaşdıran (30:26, 30:26, 30:24) Sotomayor 1/8 finalda moldovalı Dmitri Qalaqotla üz-üzə gəlib. Boksçumuz Avropa çempionatının mükafatçısı ilə dueldən qalib ayrılıb. Lorenzo hər 3 raundda rəqibindən üstün olub - 3:0 (30:27, 30:27, 30:27).
Bu qələbə ilə 1/4 finala yüksələn boksçumuz növbəti mərhələdə Daniel Nikulesku (Rumıniya) ilə döyüşəcək. Görüş iyunun 23-də saat 20:15-də başlayacaq.