Lorenzo Sotomayor dünya çempionatının 1/4 finalında
Xəbərlər / 9 Oktyabr 2015 | 09:49197
Lorenzo Sotomayor dünya çempionatının 1/4 finalında

“Qəbələ” İdman Klubunun və Azərbaycan millisinin boksçusu Lorenzo Sotomayor dünya çempionatında ikinci görüşünü keçirib. 64 kq çəki dərəcəsində mübarizə aparan idmançımız Qətərin paytaxtı Dohada təşkil olunan yarışın 1/8 final mərhələsində əlcəzairli Abdelkader Çaderlə üz-üzə gəlib. Hər üç raundda üstün olan Sotomayor 3:0 hesabı ilə qalib gəlib. Bununla da 1/4 finala yüksələn boksçumuzun növbəti rəqibi rusiyalı Vitali Dunyavtsev olacaq. Sotomayorun bu il Avropa çempionu olan şimallı boksçu ilə qarşılaşması sabah - oktyabrın 10-da baş tutacaq.
Xatırladaq ki, Lorenzo ilk döyüşdə kanadalı Artur Biyarslanova qalib gəlib.