Lorenzo Sotomayor Olimpiya Oyunlarına lisenziya qazandı
Xəbərlər / 15 Aprel 2016 | 15:14363
Lorenzo Sotomayor Olimpiya Oyunlarına lisenziya qazandı

“Qəbələ” İdman Klubunun və Azərbaycan milli komandasının boksçusu Lorenzo Sotomayor bu il Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya qazanıb. O, dördilliyin ən mötəbər yarışında çıxış etmək hüququnu Türkiyənin Samsun şəhərində keçirilən boks üzrə Avropa Olimpiya Təsnifat Turnirində əldə edib. 64 kq çəki dərəcəsində çıxış edən Sotomayor yarımfinalda türkiyəli Batuhan Gözgeci məğlub etməklə (2:1), finala vəsiqə qazanıb. Bu isə həlledici görüşün nəticəsindən asılı olmayaraq, onun Braziliyaya yollanmaq yolunda “yaşıl işıq” yandırıb. Təmsilçimiz final döyüşünə sabah çıxacaq.