“Maksimum mübarizə apardılar”
Xəbərlər / 22 Noyabr 2025 | 22:3015474
“Maksimum mübarizə apardılar”

Misli Premyer Liqasının XII turunun “Zirə” – “Qəbələ” oyunundan (1:0) sonra komandamızın baş məşqçisi Kaxaber Tsxadadzenin mətbuat konfransı keçirilib. Gürcüstanlı mütəxəssis matç barədə fikirlərini açıqlayıb:

 

“Zirə”ni qələbə münasibətilə təbrik edirəm. Yaxşı oyun oldu. Meydanda mübarizə getdi. Bunu da gözləyirdik. Futbolçular əllərindən gələni etdilər. Maksimum mübarizə apardılar. Özünüz də görürsüz ki, hər oyunda belə deyək, özümüz qapımıza penalti təşkil edirik. “Sumqayıt”la oyunda o cür əllə oyun, bu gün də belə səhv və penalti. Süleyman Damadayev çox çalışır, maksimum mübarizə aparır. Sadəcə futbolçuların təcrübəsi çatmır. İlk dəfə idi ki, müdafiədə belə yaxşı oynayırdıq. “Zirə” çox təcrübəli komandadır. Onlara qarşı bu cür səhvlərə yol vermək olmaz. Biz bu cür səhvlərdən çox ziyan çəkirik. Rəqib çox yaxşı müdafiə olunan komandadır. Qol buraxdıqdan sonra onlara qol vurmaq çox çətindir. Rəqibin cərimə meydançası ətrafında cərimə zərbələri çox qazanırıq. Lakin bunlardan istifadə edə bilmirik. Azarkeşlərimizi başa düşürəm. Onlar öyrəşiblər ki, “Qəbələ” hər zaman yüksək yerlər uğrunda mübarizə aparıb. Amma istərdim ki, onlar da bizi başa düşsün. Hazırda vəziyyət fərqlidir”.