«Maribor»-«Qəbələ» matçının hakimləri müəyyənləşdi
Xəbərlər / 22 Avqust 2016 | 14:06159
«Maribor»-«Qəbələ» matçının hakimləri müəyyənləşdi

“Qəbələ”nin UEFA Avropa Liqasının pley-off mərhələsində keçirəcəyi cavab oyununun hakimləri bəlli olub. Avqustun 25-də Sloveniyanın “Maribor” klubu ilə keçiriləcək səfər qarşılaşmasını macarıstanlı hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Viktor Kaşşai olacaq.
“Maribor” - “Qəbələ” matçı Mariborda “Lyusdki Vrt” stadionunda keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 22:15-də başlayacaq.
Xatırladaq ki, komandalar arasında ilk oyun avqustun 18-də Bakıda keçirilib və “Qəbələ”nin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

UEFA Avropa Liqası
Pley-off mərhələsi
Cavab oyunu
25 avqust
22:15. “Maribor” (Sloveniya) – “Qəbələ”
Baş hakim: Viktor Kaşşai
Baş hakimin köməkçiləri: Qyorgi Rinq, Vençel Tot
Dördüncü hakim: Tamaş Boqnar (hamısı Macarıstan)
Maribor. “Lyusdki Vrt” srtadionu