Premyer Liqanın XXI turu çərçivəsində fevralın 23-ü keçiriləcək "Qəbələ" - "Xəzər-Lənkaran" görüşü "İdman Azərbaycan" kanalı vasitəsilə canlı yayımlanacaq. Matç Bakı vaxtı ilə 15:00-da start götürəcək. Daha iki oyun - "Rəvan" - "Qarabağ" (22 fevral, 15:00) və "Neftçi" - "İnter" (23 fevral, 17:00) canlı olaraq izləyicilərin ixtiyarına veriləcək.
Bu arada "Qəbələ" - "Xəzər-Lənkəran" matçını idarə edəcək hakimlər briqadası müəyyənləşib. Matç Fariz Yusifova tapşırılıb.
23 fevral (şənbə)
“Qəbələ” – “Xəzər Lənkəran”
Qəbələ şəhər stadionu, 15:00 (canlı, İdman Azərbaycan)
Hakimlər: Fariz Yusifov, Azər Əsgərov, Vaqif Musayev, Vüsal Əliyev
AFFA nümayəndəsi: Maşallah Əhmədov
Hakim-inspektor: Kərim Ağayev