Matç təxirə salındı, hazırlığa davam
Xəbərlər / 20 İyul 2013 | 13:26332
Avstriyanın Zalsburq bölgəsində hazırlıqlarını davam etdirən "Qəbələ"nin bu gün Bakı vaxtı ilə 20:00-a təyin olunan sınaq oyunu təxirə düşüb. Bu səbədən komanda yenidən normal məşq proqramını bərpa edib və matçın başlama vaxtı üçün nəzərdə tutulan saatda məşqə çıxacaq.
Xatırladaq ki, "Qəbələ" Avstriyada 3 hazırlıq matçı keçirməyi panlaşdırır. "Qırmızı-qaralar" iyulun 23-də "Gənclərbirliyi", 27-də isə "Çaykur Rizəspor"la (hər ikisi Türkiyə) üz-üzə gələcək. İyulun 25-də baş tutacaq oyunda "Qəbələ" ilə qarşılaşacaq kollektivin adı isə hələ ki, dəqiqləşməyib.