«Matçın taleyini bir səhv həll etdi»
Xəbərlər / 9 Fevral 2014 | 01:08200
«Matçın taleyini bir səhv həll etdi»

Premyer Liqanın XX turu çərçivəsində baş tutan "Qəbələ"-"Qarabağ" (0:1) matçından sonra "qırmızı-qaralar"ın baş məşqçisi Yuri Syomin oyun barədə düşüncələrini açıqlayıb. Rusiyalı mütəxəssisin fikirlərini sizlərlə bölüşürük:
"Çox gərgin bir oyun keçdi. Matçın taleyini bir səhv həll etdi. Təkbətək epizodda qol vura bilmədik. Oyuna nəzərən deyə bilərəm ki, "Qarabağ"ın üstünlüyü bir qol qədər oldu. Stadionda yaxşı atmosfer vardı. Meydan ideal vəziyyətdə idi. Oyunçulara nəsə demək düzgün deyil, çünki hər biri ayrı ayrılıqda qələbə üçün çalışdılar. Marat həm ideal ötürmələr verə bilmək bacarığına, həm təcrübə baxımından, həm də oyunboyu mübarizə aparmağına görə 90 dəqiqə meydanda qalmağa layiq oyunçudur".