«Matçın taleyini bir səhv həll etdi»
Xəbərlər / 5 Aprel 2014 | 23:45195
Premyer Liqanın XXIX turu çərçivəsində baş tutan "Xəzər Lənkəran"-"Qəbələ" (1:0) matçından sonra "qırmızı-qaralar"ın baş məşqçisi Yuri Syomin oyun barədə düşüncələrini açıqlayıb. Rusiyalı mütəxəssisin fikirlərini sizlərlə bölüşürük: “Ağır oyun oldu. Matçın taleyini bir səhv həll etdi ki, o səhvi də biz buraxdıq. Futbolçularımız yaxşı mübarizə apardılar. Amma ümumi olaraq çox əsəbi olduqları hiss edilir. Bu da son vaxtlar aldığımız uğursuz nəticələrlə bağlıdır”.