“Qəbələ” İdman Klubunun cüdoçuları Afrikanın açıq çempionatında 2-ci medalını qazanıb. Azərbaycan milli komandasının heyətində çıxış edən Uşangi Kokauri +100 kq çəki dərəcəsində bürünc medala yiyələnib. O, Mavrikinin Port-Lui şəhərində təşkil olunan çempionatda 4 görüş keçirib. İlk qarşılaşmada italiyalı Alessio Masketti, ardınca avstriyalı Daniel Allerstorferi ipponla məğlub edən cüdoçumuz yarımfinala vəsiqə qazanıb. Finala vəsiqə uğrunda görüşdə Əlcəzair idmançısı Amin Mohammed Tayiblə qarşılaşan Kokauri yeganə məğlubiyyətini alıb. Bürünc medal uğrunda qarşılaşmada Uşangi tacikistanlı Muxammadmurad Abduraxmanova şans verməyib. Mavrikidə 3-cü qələbə təmsilçimizə üçüncü yeri qazandırıb.
Xatırladaq ki, qadın cüdoçuların 48 kq çəki dərəcəsində yarışan digər təmsilçimiz Aişə Qurbanlı da Afrikanın açıq çempionatında bürünc medal qazanıb.