«Maynts»-«Qəbələ» matçının hakimləri müəyyənləşdi
Xəbərlər / 5 Dekabr 2016 | 19:36345
«Maynts»-«Qəbələ» matçının hakimləri müəyyənləşdi

“Qəbələ”nin UEFA Avropa Liqasının qrup mərhələsinin VI turunda keçirəcəyi oyunun hakimləri bəlli olub. Dekabrın 8-də Almaniyanın “Maynts” klubu ilə baş tutacaq səfər qarşılaşmasını uelsli hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Simon Li Evans olacaq. Ona həmyerlilərindən ibarət briqada kömək edəcək. 
Xatırladaq ki, “Maynts” - “Qəbələ” matçı Maynts şəhərindəki “Maynts Arena” stadionunda keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

UEFA Avropa Liqası
Qrup mərhələsi
C qrupu, VI tur
8 dekabr
22:00. “Maynts” (Almaniya) - “Qəbələ”
Baş hakim: Simon Li Evans (Uels)
Baş hakimin köməkçiləri: Qaret Vin Cons, Luis Ross Edvards (hər ikisi Uels)
Əlavə köməkçi hakimlər: Brayan Markam-Cons, Nik Pratt (hər ikisi Uels)
Dördüncü hakim: Daniel Bekkett (Uels)
Hakim-inspektor: Are Habiş (Estoniya)
UEFA nümayəndəsi: İmon Nauqton (İrlandiya)
Maynts. “Maynts Arena” stadionu