Oktyabrın 22-də UEFA Avropa Liqasının qrup mərhələsinin III turunun oyununda “Qəbələ” Almaniyanın "Borussiya" (Dortmund) komandasını qəbul edəcək.
“Bakcell Arena”da baş tutacaq “Qəbələ” - "Borussiya" Dortmund matçı öncəsi baş məşqçilərin mətbuat konfransı sabah - oktyabrın 21-i 18:45-də arenanın Media zalında start götürəcək. İlk olaraq jurnalistlərin önünə “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk çıxacaq. 21:00-da isə "Borussiya"nın çalışdırıcısı Tomas Tuxel media nümayəndələrinin suallarını cavablandıracaq. Hər iki komandanın oyunöncəsi son məşqi də “Bakcell Arena”da keçiriləcək. “Qəbələ” saat 19:30-da, Almaniya təmsilçisi isə 21:30-da baş tutacaq məşqlə qarşılaşmanın hazırlıqlarını tamamlayacaq.