Media nümayəndələrinin nəzərinə!
Boks / 30 May 2018 | 20:501336
Media nümayəndələrinin nəzərinə!

Dəyərli media mənsubları, iyunun 2-i Bakı növbəti möhtəşəm boks gecəsinə şahidlik edəcək. Avropa Azərbaycanlıları Konqresinin təşkilatçılığı, “Qəbələ” İdman Klubunun dəstəyi ilə “Sərhədçi” İdman Olimpiya Mərkəzində Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyinə həsr olunmuş boks yarışı keçiriləcək. Gecənin əsas döyüşündə agır çəki dərəcəsində IBO və WBCA dünya kəməri uğrunda ukraynalı Roman Qolovaşenko ilə cənubi afrikalı Kevin Lorena 12 raundluq mübarizədə üz-üzə gələcəklər. Boks gecəsində həmyerlimiz Malik Məmmədzadə WCA və WBC Asiya kəməri uğrunda, Rauf Ağayev, Vüsal Əliyev və digərləri Gürcüstan təmsilçiləri ilə döyüşlər keçirəcək. Qarşılaşmalar saat 20:00-da start götürəcək.

Sözügedən möhtəşəm turnir ilə bağlı mətbuat konfransı və boksçuların rəsmi çəkiölçmə marasimi iyunun 1-i saat 14:00-da Boks Federasiyasının Mətbuat Zalında keçiriləcək (AMAY ticarət mərkəzinin yaxınlığı). Hamınız dəvətlisiniz.