Media nümayəndələrinin nəzərinə!
Xəbərlər / 1 İyul 2018 | 21:57413
Media nümayəndələrinin nəzərinə!

İyulun 12-də 2018-2019 mövsümü UEFA Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyununda “Qəbələ” Lüksemburqun “Proqres” klubunu qəbul edəcək.

“Qəbələ” İdman Klubu Qəbələ şəhər stadionunda baş tutacaq “Qəbələ”-“Proqres” matçına Kütləvi İnformasiya Vasitələrinin nümayəndələri və fotoqraflar üçün akkreditasiya elan edir. Oyunda iştirak etmək istəyənlər təmsil etdikləri KİV-in adını, öz adını, soyadını, fotosunu, həmçinin Peşəkar Futbol Liqasının ötən mövsüm üçün akkreditasiya vərəqəsini [email protected] elektron ünvanına göndərə bilərlər. Sadalananlardan hər hansı biri göndərilmədiyi halda akkreditasiya vəsiqəsi verilməyəcək. Hər media orqanına 1 press və 1 foto akkreditasiya vəsiqəsi (televiziyalara müxbir və operatorun hər birinə 1 press akkreditasiya) veriləcək. Müraciətlər 5 iyul saat 20:00-dək qəbul olunacaq.