Media nümayəndələrinin nəzərinə!
Xəbərlər / 26 İyul 2022 | 15:30175
Media nümayəndələrinin nəzərinə!

“Qəbələ” UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin iyulun 28-də keçiriləcək cavab oyununda Macarıstanın “Fehervar” klubu ilə qarşılaşacaq. Qəbələ şəhər stadionunda baş tutacaq matç üçün akkreditasiyadan keçən KİV nümayəndələrinə nəqliyyat vasitəsi ayrılacaq. 

Klub tərəfindən ayrılan avtobus jurnalistləri Bakıdan Qəbələyə aparacaq və oyundan sonra geri qaytaracaq. Nəqliyyat vasitəsi iyulun 28-də saat 14:45-də yola düşəcək. Avtobus oyuna yollanacaq KİV nümayəndələrini “Gənclik Mall” ticarət mərkəzi ilə üzbəüz parkinq ərazisində gözləyəcək.