Media nümayəndələrinin nəzərinə!
Xəbərlər / 18 İyul 2023 | 22:191760
Media nümayəndələrinin nəzərinə!

İyulun 27-də UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsinin ilk oyununda “Qəbələ” Kiprin “Omoniya” klubunu qəbul edəcək. “Qəbələ” İdman Klubu Qəbələ şəhər stadionunda baş tutacaq matça Kütləvi İnformasiya Vasitələrinin nümayəndələri və fotoqraflar üçün akkreditasiya elan edir. 

“Qəbələ” - “Omoniya” oyununda iştirak etmək istəyənlər təmsil etdikləri KİV-in adını, öz adını, soyadını, həmçinin Peşəkar Futbol Liqasının ötən mövsüm üçün akkreditasiya vərəqəsini [email protected] elektron ünvanına göndərə bilərlər. Sadalananlardan hər hansı biri göndərilmədiyi halda akkreditasiya vəsiqəsi verilməyəcək. Hər media orqanına 1 press və 1 foto akkreditasiya vəsiqəsi (televiziyalara müxbir və operatorun hər birinə 1 press akkreditasiya) veriləcək. Müraciətlər 25 iyul saat 20:00-dək qəbul olunacaq.