Media nümayəndələrinin nəzərinə!
Xəbərlər / 24 İyul 2023 | 22:551753
Media nümayəndələrinin nəzərinə!

Iyulun 27-də UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsinin ilk oyununda “Qəbələ” Kiprin “Omoniya” klubunu qəbul edəcək. Qəbələ şəhər stadionunda baş tutacaq “Qəbələ” – “Omoniya” matçı öncəsi baş məşqçilərin mətbuat konfransı oyundan bir gün əvvəl - iyulun 26-da arenanın media zalında təşkil olunacaq. 

İlk olaraq saat 18:00-da jurnalistlərin önünə “Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev çıxacaq. Saat 19:00-da isə “Omoniya”nın baş məşqçisi Sofronios Avqusti media nümayəndələrinin suallarını cavablandıracaq.

Komandaların ilk 15 dəqiqəsi açıq olan oyunöncəsi son məşqi də Qəbələ şəhər stadionunda baş tutacaq. “Qırmızı-qaralar” saat 18:30-da, qonaqlar isə 20:00-da məşqə çıxacaq.