Media nümayəndələrinin nəzərinə!
Xəbərlər / 28 Sentyabr 2023 | 11:011636
Media nümayəndələrinin nəzərinə!

Oktyabrın 4-də UEFA Gənclər Liqasının Çempionlar yolunun I mərhələsinin ilk oyununda “Qəbələ” Macarıstan təmsilçisi “Puşkaş Akademiya”nı qəbul edəcək. “Qəbələ” İdman Klubu Qəbələ şəhər stadionunda baş tutacaq matça Kütləvi İnformasiya Vasitələrinin nümayəndələri və fotoqraflar üçün akkreditasiya elan edir. 

“Qəbələ” - “Puşkaş Akademiya” oyununda iştirak etmək istəyənlər təmsil etdikləri KİV-in adını, öz adını, soyadını, həmçinin Peşəkar Futbol Liqasının cari mövsüm üçün akkreditasiya vərəqəsini [email protected] elektron ünvanına göndərə bilərlər. Sadalananlardan hər hansı biri göndərilmədiyi halda akkreditasiya vəsiqəsi verilməyəcək. Hər media orqanına 1 press və 1 foto akkreditasiya vəsiqəsi (televiziyalara müxbir və operatorun hər birinə 1 press akkreditasiya) veriləcək. Müraciətlər 2 oktyabr saat 20:00-dək qəbul olunacaq.