Media nümayəndələrinin və azarkeşlərimizin nəzərinə!
Xəbərlər / 17 Oktyabr 2015 | 15:18187
Dəyərli media mənsubları və azarkeşlərimiz,
Sabah UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində baş tutacaq "Qəbələ"-"Borussiya"(Dortmund, Almaniya) oyunu öncəsi komandamızın futbolçuları və baş məşqçimiz Roman Qriqorçukla media nümayəndələri və azarkeşlərin görüşü keçiriləcəkdir. Görüş zamanı media nümayəndələri və azarkeşlər arasında maraqlı müsabiqələr keçiriləcək, müxtəlif hədiyyələr sahiblərini tapacaq. Azarkeşlərimiz sevdikləri futbolçularımızın imzalı formasını əldə etmək və onlarla şəkil çəkdirmək şansı qazanacaqlar. Hamınızı gözləyirik!!!
Ünvan: Bakı, Neftçilər pr. 151, Port Baku Mall, 3-cü mərtəbə, "Go Sport" İdman Malları Mağazası, saat 16:00.