Misli Premyer Liqasının XIX turunun “Neftçi” – “Qəbələ” oyunundan (1:0) sonra komandamızın məşqçisi George Çixradzenin mətbuat konfransı keçirilib. Gürcüstanlı mütəxəssis matç barədə fikirlərini açıqlayıb:
“Maraqlı, dinamik oyun oldu. İlk 15 dəqiqədə sürətdə rəqibdən geri qaldıq. Bilirdik ki, "Neftçi" oyunun əvvəlinə aqressiv başlayır. Buna baxmayaraq, konsentrasiyanı bir qədər itirmişdik. Qoldan sonra və ikinci hissədə fərqlənmək üçün imkanlarımız oldu. 100 faizlik qol şansımız var idi. Bilmirəm, həmin epizodda necə qol vurmamaq olar? Amma futboldur, olur belə şeylər. Düşünürəm ki, məğlubiyyətə layiq deyildik".